Daha 2042 yeni yoluxma-DAHA 29 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2042 yeni yoluxma faktı qeydə alınıb, 3224 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 470985 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 430717 nəfər müalicə olunaraq sağalıb, 6280 nəfər vəfat edib, aktiv xəstə sayı 33988 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15666, ötən müddət ərzində isə ümumilikdə 4731381 test aparılıb.

Etikxeber.az

Read Previous

“Heç bir müsəlman ölkəsində belə bəstəkarlar, belə musiqi mədəniyyəti yoxdur…Biz bu sərvəti mütləq saxlamalı, inkişaf etdirməliyik…”-FƏRHAD BƏDƏLBƏYLİ

Read Next

“Xalqımız milli musiqi mədəniyyətimizin inkişafına və dünyada tanıdılmasına töhfə vermiş görkəmli bəstəkarlar, dirijorlar, ifaçılar nəsli ilə haqlı olaraq fəxr edir”-MEHRİBAN ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir