Daha 2237 yeni yoluxma-DAHA 29 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2237 yeni yoluxma faktı qeydə alınıb, 787 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 261 713 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 238 125 nəfər müalicə olunaraq sağalıb, 3567 nəfər vəfat edib, aktiv xəstə sayı 20021 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 885, ötən müddət ərzində isə ümumilikdə 2 873 658 test aparılıb.

Etikxeber.az

Read Previous

“1918-ci ilin mart ayında törədilmiş vəhşiliklər bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir…”-MEHRİBAN ƏLİYEVA

Read Next

XX əsrin dəhşətli cinayəti-MART SOYQIRIMI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir