Daha 24 yeni yoluxma-DAHA 2 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 24 yeni yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 042 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 817 760 nəfər müalicə olunaraq sağalıb, 10 094 nəfər vəfat edib, aktiv xəstə sayı 188 nəfərdir.

Ölkədə son sutka ərzində 1 982, hazırkı dövrədək isə 7 493 215 test aparılıb.

Etikxeber.az

Read Previous

“Aİ Azərbaycanla təbii qaz, yaşıl enerji sahələrində əlaqələri genişləndirməkdə maraqlıdır…”-KADRİ SİMSON – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

“Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaq…Bunun üçün işimizi komanda şəklində davam etdirməli, bir-birimizi davamlı surətdə dəstəkləməliyik…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir