Daha 3 alim elmləri doktoru ola bilər… – FOTOLAR

Akademik Rafael Hüseynovun sədrliyi ilə ARETƏŞ Filologiya Problemləri üzrə Elmi Şuranın 10-cu və bitən il üçün son iclası keçirilib.

Etikxeber.az-ın xəbərinə görə,  R. Hüseynov əvvəlcə iclas iştirakçılarını salamlayaraq hamını qarşıdan gələn bayramlar – Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə təbrik etdi, onlara xoş diləklərini və Şura üzvlərinə iclaslarda fəal iştiraklarına, prinsipial mövqelərinə görə minnətdarlığını bildirib.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyində Qədim türk yazılı abidələri və Mahmud Kaşğari ilə bağlı ekspozisiyanın son günlərdə yenidən qurulması və genişləndirilməsi ilə əlaqədar Filologiya Şurasının üzvü,  türkoloq, professor Ramiz Əsgər öz şəxsi arxivindən bir sıra materialları təqdim edib. R. Hüseynov iclasın əvvəlində Ramiz Əsgərə bu dəyərli hədiyyələrinə və qədim türk ədəbiyyatı dövrü ilə əlaqədar muzey ekspozisiyasının zənginləşdirilməsinə göstərdiyi diqqətə görə təşəkkürünü bildirib. Bu iclasda 3-ü elmlər doktorluğu hazırlığı, 25-i fəlsəfə doktorluğu hazırlığı olmaqla 28 nəfər sənəd tədqim etmiş şəxslərin mövzuları müzakirəyə çıxarılmışdır. Elmlər doktoru hazırlığı proqramı üzrə müraciət etmiş etmiş şəxslərdən AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Mehdiyeva Gülşən İsa qızının “Beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində ingilis və Azərbaycan dillərinin qarşılıqlı əlaqələri və zənginləşməsi məsələləri” mövzusu “Beynəlxalq təşkilatların hərbi məzmunlu sənəd və müqavilələrinin ingilis və Azərbaycan dillərində uyğunluq problemləri” kimi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı Məmmədli İlham Müseyib oğlunun “XX əsr Azərbaycan poeziyasında dördlük formasının poetik təkamülü” mövzusu “Dördlük forması və müasir Azərbaycan poeziyasında ideya-estetik axtarışlar” kimi təsdiq edilib.

rafa-2

rafa-3

rafa-4

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantı Babayeva Gülbəniz Məcnun qızının da “Molla Nəsrəddin” və türk satirik mətbuatı” mövzusunun adında dəyişiklilk edilərək “Molla Nəsrəddin” jurnalının problematikası və ifadə tərzinin türk satirik mətbuatının formalaşmasında rolu” şəklində təsdiq edilib. Lakin hər 3 doktoranta plan-prospektlərini təsdiq edilmiş mövzulara uyğun tərtib edərək Şuraya təqdim etmələri tapşırılıb. Fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə sənəd təqdim etmiş şəxslərdən Naxçıvan Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının doktorantı Abdullabəyova Pərvin Yaqub qızının “Bədii dildə rənglərin üslub imkanları”, Bakı Slavyan Universitetinin Ümumi dilçilik kafedrasının dissertantı Alıyeva Aytən Elçin qızının “Mətnin komponentləri arasında məntiqi –sintaktik əlaqələr (Azərbaycan və ingilis dilləri materialı əsasında)”, AMEA Folklor İnstitutunun qiyabi doktorantı Dadaşova Ülkər Adil qızının “İraq-Türkman mərasim folkloru”, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının qiyabi doktorantı Əkbərova Türkan Nadir qızının “Azərbaycan müasir KİV sistemində “525-ci qəzet”in yeri, Azərbaycan Dillər Universitetinin İngilis dilinin üslubiyyatı kafedrasının dissertantı Ələkbərova Sevda Sabir qızının “Konseptual metaforalar və onların ingilis, rus və Azərbaycan dillərində linqvistik reprezentasiyaları”, AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Əsədova Rumella Talıb qızının “Zaman budaq cümləsinin funksional-qrammatik xüsusiyyətləri (ingilis və Azərbaycan dillərinin materialları əsasında)”, Azərbaycan Dillər Universitetinin İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dissertantı Fərhadova Gülçöhrə İsfəndiyar qızının “İngilis dilinin leksik fondunun qloballaşma şəraitində zənginləşməsi yolları”, Azərbaycan Dillər Universitetinin Azərbaycna dili və ədəbiyyatı kafedrasının dissertantı Həsənov Səməndar Nazim oğlunun “Azərbaycan dialektologiyasının inkişaf tarixi”, AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Hüseynova İradə İsa qızının “Əhməd Həmdi Tanpınarın əsərlərinin leksikası”, Bakı Avrasiya Universitetinin qiyabi doktorantı Hüseynli Vəfa Nəriman qızının “Mətndə sinonim əvəzlənmələri formal əlaqə vasitəsi kimi (ingilis dilinin materialı əsasında)”, Bakı Avrasiya Universitetinin dissertantı Quliyeva Qumru Fuad qızının “Edigey dastanının variantları və tipologiyası”, Bakı Slavyan Universitetinin Rus ədəbiyyatı tarixi kafedrasının dissertantı Məmmədova Jalə Rafiq qızının “Rus ədəbiyyatının problemləri Azərbaycan alimləri Seyfulla Əsədullayevin və Arif Hacıyevin tədqiqatlarında”, Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasının qiyabi doktorantı Salahbanova Çinarə Ayaz qızının “Akademik Ağamusa Axundovun dilçilik görüşləri”, Qərbi Kaspi Universitetinin İngilis filologiyası kafedrasının əyani doktorantı Osmanova Vəfa Azər qızının “İngilis epik ənənəsində qəhrəman obrazı”, Naxçıvan Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının doktorantı Səfərova Zeynəb İsa qızının “Rəsul Rzanın yaradıcılığında Azərbaycan dili və dilçilik məsələləri”, Odlar Yurdu Universitetinin doktorantı Vəliyeva Samirə Yusifəli qızının “İngilis və Azərbaycan dillərində leksik-terminoloji vahidlərin informasiya strukturu” mövzuları adlarında dəyişiklik edilmədən təsdiq edilmişdir. Lakin nəzərə alınmalıdır ki, onların böyük hissəsi Elmi Şuraya ikinci, yaxud üçüncü dəfə dəvət olunublar və mövzular bu şəklə ötən toplantılardakı müzakirələrdən sonra məqbul şəklə gəlib çatıb.

Naxçıvan Dövlət Universitetinin dissertantı Babazadə Yasin İsrafil oğlunun “İngilis leksikoqrafiyası tarixi aspektdə” mövzusu “İngilisdilli lüğətlərin tarixi, quruluşu və tipologiyası” kimi, Bakı Mühəndislik Universitetinin dissertantı Hüseynova Sevda Söhrab qızının “Müasir Britaniya ədəbiyyatında yaradıcı şəxsiyyət obrazı” mövzusu “Müasir ingilis ədəbiyyatında yaradıcı şəxsiyyət obrazı”, Azərbaycan Dillər Universitetinin İngilis dilinin leksikologiya və üslubiyyatı kafedrasının dissertantı Qəmbərova Xəyalə Əlağa qızının “Britaniya media diskursunda şəxsin konseptuallaşması məsələləri (ingilis dili materialları əsasında)” mövzusu “Böyük Britaniya media diskursunda şəxsin konseptuallaşması məsələləri” şəklində təsdiq edilib. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı Əskərova Günel Elxan qızının “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Sabir ənənələri” mövzusu iddiaçıya yeni mövzu təklif edildiyindən, Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının doktorantı Feyzullayeva Zərifə Fərhad qızının “Türkiyədə media idarəçiliyi təcrübəsinin Azərbaycan mühitində tətbiqi məsələləri” mövzusu isə məqbul hesab edilmədiyindən təsdiq olunmayıb. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasının qiyabi doktorantı Kərimova Əsmər Mahir qızının “Müxtəlif sistemli dillərdə feilin keçmiş zaman formasının ifadəsi (Azərbaycan və ingilis dillərinin materialları əsasında)” və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantı Kərimova Nərgiz Arif qızının “Azərbaycan ədəbiyyatında Çin mənşəli arxetip və obrazlar” mövzularının plan-prospektlərinin mövzuya uyğun şəkildə, daha əhatəli, kamil şəkildə tərtib edilməsi məsləhət bilinərək, eyni zamanda Şuranın iclasına daha hazırklıqlı gəlmələri tövsiyyə edilərək təsdiqi növbəti iclaslaradək təxirə salınıb.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qiyabi doktorantı Qasımova Ülviyyə Zabil qızının “Avropa ədəbiyyatında marş janrı və Azərbaycan marşının inkişaf yolu”, Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasının dissertantı Orucova Aynur Allahverdi qızının “Azərbaycan dilində məcazlaşmış obrazlı ifadə vasitələrinin məntiqi-linqvistik normaları” mövzularının adında dəyişiklik ediməklə uyğun plan-prospekt düzəldərək növbəti iclasa gəlmələri tövsiyə edildi. Yəni adların dəyişdirilməsi də iddiaçıların öz ixtiyarına buraxılmayaraq onlara kömək məqsədi ilə elmi baxımdan daha uyğun variantlar təklif edilib.

Ümumiyyətlə, iclasda 5-nin adında dəyişiklik edilməklə 22 mövzu təsdiq edilmiş, 6 mövzu isə müəyyən səbəblərdən təsdiq olunmayıb.

Müzakirələrdə akademik R. Hüseynovla yanaşı filologiya üzrə elmlər doktorları Aida Qasımova, Atamoğlan Həsənov, Azadə Musayeva, Bədirxan Əhmədov, Cəlil Nağıyev, İmamverdi Həmidov, Qəzənfər Kazımov, Qulu Məhərrəmli, Məmməd Qocayev, Nadir Məmmədli, Ramiz Əsgər, Seyfəddin Rzasoy, Şəfəq Əlibəyli çıxış edərək fikir və təkliflərini bildiriblər.

Etikxeber.az

Read Previous

Silahlılar kilsədən qayıdan insanlara hücum etdi: azı 21 nəfər ölü – NİGERİYADA

Read Next

Ardıcıl dörd zəlzələ – YUNANISTANDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir