Daha 323 yeni yoluxma-DAHA 5 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 323 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış beş nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 7876 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4377 nəfər müalicə olunaraq sağalıb, 93 nəfər vəfat edib, 3406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3515, ötən müddət ərzində isə ümumilikdə 343 391 test aparılıb.

Etikxeber.az

Read Previous

“Bu, insanların həyatını bir az da qaraldır…”-MÜSAVAT BAŞQANI İQTİDARA SƏSLƏNDİ, BƏYANAT VERİLDİ – YENİLƏNİB

Read Next

“Bu, artıq zamanın çağırışıdır: Zaman isə gözləmir”-DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir