Daha 339 yoluxma-DAHA 4 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, 114 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 8530 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4720 nəfər müalicə olunaraq sağalıb, 102 nəfər vəfat edib, 3708 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6832, ötən müddət ərzində isə ümumilikdə 356 032 test aparılıb.

Etikxeber.az

Read Previous

“…Haqlıdırlar, ancaq mənim “AZAL”-a təsir göstərmək səlahiyyətim yox”-PARLAMENTİN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Read Next

“Dövlətimiz COVID-19 pandemiyası ilə mübarizədə bütün imkanlarını səfərbər edib…”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir