“Daha 352 nəfər koronavirusa yoluxub, 210 nəfər sağalıb, 6 nəfər ölüb”-TƏBİB – YENİLƏNİB

Daha 352 nəfər koronavirusa yoluxub, 210 nəfər sağalıb, 6 nəfər ölüb.

Etikxeber.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, 362 654 test keçirilib.

***

“Bölgələr arasında gediş-gəliş bölgələrin klastrlara ayrılması ilə əlaqəlidir”.

 Bunu da mətbuat konfransında Y. Qarayeva bildirib.

Onun sözlərinə görə, bu həftəsonu üçün karantin elan olunanda narıncı bölgələrə artıq bir neçə rayon da daxil edilib:

“O ərazilərdə də gediş-gəliş olmayacaq. Bu, karantin qaydaları ilə əlaqədardır”. 

“Hər gün koronavirusa yoluxma sayları ictimaiyyətə elan olunur. Həftəsonu sərtləşmə qonşu ölkələrdəki praktikaya əsaslanır”-deyən Y. Qarayevanın sözlərinə görə, Türkiyədə həftəsonu sərtləşmə təcrübəsi araşdırılıb:

“Orada bunun nəticələri 10 faiz azalma ilə özünü göstərir. Amma bu, 1-2 gün daxilində özünü göstərə bilməz. Bu xəstəliyin 14 günlük inkubasiya dövrü var. Həftə sonu karantinin nəticəsini ən azı 10 gün sonra görəcəyimizə ümid edirik”.

Etikxeber.az

Read Previous

“Bəli, hər birimiz anlayırıq ki, pandemiya insanları yorub, bezdirib, əsəblər tarıma çəkilib, amma…”-KAMİLƏ ƏLİYEVA ÖLKƏ VƏTƏNDAŞLARINA SƏSLƏNDİ

Read Next

“Ölkəmizin qadınları adına bu çox qürurverici faktdır…”-FATMA YILDIRIM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir