Daha 3762 yeni yoluxma-DAHA 38 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3762 yeni yoluxma faktı qeydə alınıb, 3812 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 436 257 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 377 287 nəfər müalicə olunaraq sağalıb, 5760 nəfər vəfat edib, aktiv xəstə sayı 53 210 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 017, ötən müddət ərzində isə ümumilikdə 4 517 734 test aparılıb.

Etikxeber.az

Read Previous

İlham Əliyev növbəti dəfə Sumqayıtda səfərdə VƏ AÇILIŞLARDA…- FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ailədaxili zorakılıq faktları haqqında 212 məlumat daxil olub”-BAHAR MURADOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir