Daha 4 hərbçimiz minaya düşdü-HƏRBİ PROKURORLUQ ARAŞDIRMALARA BAŞLADI – YENİLƏNİB

Fevralın 8-də Tərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu və Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıb.

Müdafiə Nazirliyindən (MN)  Etikxeber.az-a verilən xəbərə görə, ilkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə edilib.

“Hazırda hərbi qulluqçular həkimlərin tam nəzarəti altındadır. Vəziyyətləri stabildir, həyatları üçün təhlükə yoxdur” – deyə, qeyd olunub.

***

Azərbaycan Ordusunun 4 hərbi qulluqçusunun minaya düşməsi ilə bağlı araşdırmalara başlanıb.

Məlumata görə, Hərbi Prokurorluğun əməkdaşları hadisə yerinə ezam olunub, hadisənin hansı şəraitdə baş verməsinin müəyyən edilməsi ilə bağlı lazım olan tədbirlər görülüb.

Hazırda faktla bağlı Hərbi Prokurorluqda araşdırmalar davam etdirilir.

Qeyd edək ki, fevralın 8-dəTərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu, Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə edilib.

Etikxeber.az

Read Previous

“Bu əraziləri “yaşıl zona” ərazisi elan etmişəm…Biz insanların tələbatını ödəmək üçün külək, günəş və sudan əldə olunan enerjidən istifadə edəcəyik…”-PREZİDENT – FOTOLAR – YENİLƏNİB

Read Next

VƏTƏNİN ZƏFƏR NƏĞMƏSİ-Əlövsət Ağalarov yazdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir