Daha 4124 yeni yoluxma-DAHA 38 NƏFƏR…

Azərbaycanda koronavirus infeksiyasına 4 124 yeni yoluxma faktı qeydə alınıb, 4 205 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Etikxeber.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 38 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 191 460 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 127 064 nəfər müalicə olunaraq sağalıb, 2 088 nəfər vəfat edib, aktiv xəstə sayı 62 308 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 426, bu günə qədər isə ümumilikdə 2 016 003 test icra olunub.

Etikxeber.az

Read Previous

“Azad edilmiş ərazilərdə bölmələrimizin təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlər davam edir”-MN -FOTO – VİDEO

Read Next

“Nur üzlüm…19 yaşlı Şəhidim…”-KAMİL HƏMZƏOĞLU ŞƏHİD ELŞƏN KƏRİMOVDAN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir