Daha 4451 yeni yoluxma-DAHA 39 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4451 yeni yoluxma faktı qeydə alınıb,  4283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə  175874 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan  111918 nəfər müalicə olunaraq sağalıb, 1922 nəfər vəfat edib, 62034 aktiv xəstə sayı  nəfərdir.

Ölkədə son sutka ərzində 15059 , hazırkı dövrədək isə 1953303  test aparılıb.

Etikxeber.az

Read Previous

“Məni müharibəyə aparmadılar, amma qardaş dediyim Ülvini, Rüstəmi apardılar, sinif yoldaşım Nicat, dostum Cəmil isə Şəhid oldular…”-TAKSİ SÜRÜCÜSÜ FAİQ

Read Next

“Ermənistanı üçtərəfli bəyanatın tələblərinə ciddi riayət etməyə və bundan sonra onun icrasına əngəl törədən destruktiv fəaliyyətdən çəkinməyə çağırırıq”-XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir