Daha 478 yeni yoluxma-DAHA 7 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 478 yeni yoluxma faktı qeydə alınıb, 369 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 13 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib, 5878 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4345, ötən müddət ərzində isə ümumilikdə 426 394 test aparılıb.

Etikxeber.az

Read Previous

“Azərbaycan ərazi bütövlüyü və suverenliyini tam əsasda bərpa etmək üçün lazım olan bütün vasitələrdən istifadə etmək qanuni haqqını qoruyub saxlayır”-MƏMMƏDYAROV – FOTO

Read Next

“Onlar bu sənəddə ermənilərin faşizmə xidmətlərinin müqabilində Dağlıq Qarabağı erməni komissarlığına aid etmişdilər…”-ZİYAD SƏMƏDZADƏ İKİNCİ DÜNYA MÜHARİBƏSİNDƏN, ERMƏNİLƏRİN FAŞİZM “SEVGİ”SİNDƏN YAZDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir