Daha 49 yeni yoluxma-DAHA 3 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 23 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 316 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 820 834 nəfər müalicə olunaraq sağalıb, 10 238 nəfər vəfat edib, aktiv xəstə sayı 244 nəfərdir.

Ölkədə son sutka ərzində 1 081, hazırkı dövrədək isə 7 588 338 test aparılıb.

Etikxeber.az

Read Previous

Şəhid qardaşların anası Sevinc Əhmədovaya məxsus pul qabı və telefonu oğurlamaqda-ŞÜBHƏLİ BİLİNƏN ŞƏXSLƏR MÜƏYYƏN OLUNUBLAR…

Read Next

“İndi Azərbaycana savadlı və vətənpərvər xanımlar, gələcəyin anaları hava su kimi lazımdır”-BLMM SƏDRİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir