Daha 5 idmançımız medal qazandı – FOTO – YENİLƏNİB

Azərbaycan paraatletləri “Bakı-2017”də daha iki medal qazanıblar.

Etikxeber.az xəbər verir ki, T11 kateqoriyasında 100 metr məsafəyə qaçış yarışlarında Nurlan İbrahimov qızıl medala sahib olub. Gümüş medala da Azərbaycan atleti sahib olub. Elçin Muradov yarışda ikinci pillədə qərarlaşıb.

İran təmsilçisi Araş Xosrovi isə bürünc medalla kifayətlənib.

***

Boks yarışlarında 69 kiloqram çəki dərəcəsində rinqə çıxan Tamerlan Abdullayev gümüş medalla kifayətlənməli olub.

İdmançımız həlledici qarşılaşmada özbəkistanlı Bobo-Usman Baturov ilə qarşılaşıb. Görüş 0:5 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Bu çəki dərəcəsində qazaxıstanlı İlya Oçkin və Suriya təmsilçisi Ahmad Qhosson bürünc medallarla kifayətləniblər.

***

Suya tullanma yarışında çıxış edən Azərbaycan idmançısı bürünc medala layiq görülüb.

Kişilər arasında 3 metr tramplindən suya tullanma yarışında 331,25 xal toplayan Azərbaycan idmançısı Dmitri Sorokin bürünc medala layiq görülüb.

Fəxri kürsünün ən yüksək pilləsinə iranlı Mojtaba Valipour qalxıb. O, final mərhələsində toplam 338,35 xalla qızıl medal qazanıb. Yarışın gümüş medalına isə indoneziyalı Rafi Aldiansyah layiq görülüb. O, 332,40 xal toplayıb.

Bu yarışda çıxış edən digər təmsilçimiz Artyom Danilov 323,95 xalla fəxri kürsüdə yer ala bilməyib.

Qaliblərə medalları Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Elçin Həsənov təqdim edib.

Etikxeber.az

Read Previous

“Bu,Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaq istəyən qüvvələrin fəaliyyətinin nəticəsidir…” – İBRAHİMOV

Read Next

MŞ KİVDF-nin müşahidə şurasının üzvlüyünə namizədlərini müəyyənləşdirdi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir