Daha 537 yoluxma-DAHA 7 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 537 yeni yoluxma faktı qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 21 374 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 12 635 nəfər müalicə olunaraq sağalıb, 265 nəfər vəfat edib, 8 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 102, ötən müddət ərzində isə ümumilikdə 529 875 test aparılıb.

Etikxeber.az

Read Previous

“Bu addım ölkədə siyasi sistemin yeni konfiqurasiyasına yol açmaqla yanaşı, Milli Məclisdə gedən proseslərə müsbət təsir göstərir…”-SAHİBƏ QAFAROVA

Read Next

“Minsk qrupu faktiki münaqişənin həlli istiqamətində fəaliyyət göstərmək əvəzinə susmaqla, Ermənistanın istədiyi və çalışdığı bir məsələni sanki həyata keçirir ki, bu da mövcud status-kvonun saxlanılmasıdır”-SƏMƏD SEYİDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir