Daha 572 yeni yoluxma-DAHA 8 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 572 yeni yoluxma faktı qeydə alınıb, 364 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 18 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 425 nəfər müalicə olunaraq sağalıb, 228 nəfər vəfat edib, 8 031 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 976, ötən müddət ərzində isə ümumilikdə 495 828 test aparılıb.

Etikxeber.az

Read Previous

“CBC”-nin 8 əməkdaşı koronavirusa-YOLUXDU

Read Next

Xüsusi karantin rejimi 20 iyul saat 06:00-dək-UZADILDI, DAHA 8 BÖLGƏ ƏLAVƏ OLUNDU – 16 GÜN METRO DA İŞLƏMƏYƏCƏK…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir