Daha 584 yeni yoluxma-DAHA 5 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 584 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 45 879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 40 272 nəfər müalicə olunaraq sağalıb, 635 nəfər vəfat edib, aktiv xəstə sayı 4 972 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 028, ötən müddət ərzində isə ümumilikdə 1 241 664 test aparılıb.

Etikxeber.az

Read Previous

“Zəngilanım… “Çinarlı” “Vəng”im…Qələbən, Zəfərin mübarək, Azərbaycanım!”-JALƏ ƏLİYEVA YAZDI

Read Next

Düşmən Tərtər və Ağdam rayonlarının ərazilərini-ATƏŞƏ TUTDU, ERMƏNİLƏRİN GƏNCƏ VƏ GORANBOY İSTİQAMƏTİNDƏ İKİ “PUA”SI MƏHV EDİLDİ – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir