Daha 67 yoluxma faktı qeydə alındı-KORONAVİRUS DAHA 2 CAN ALDI…

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 67 yeni yoluxma faktı qeydə alınıb, 28 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə,  COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1958 və 1969-cu il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 2127 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1536 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib, 563 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Etikxeber.az

Read Previous

“Bu, ölkəmizdə dövlət dilinin saflığının qorunmasına xidmət edəcək”-ƏLİ HÜSEYNLİ

Read Next

Çingiz Əsgərov Ramiz Rzayevin müavini-OMBUDSMANLIĞA KEÇMİŞ NAMİZƏD İSƏ KOMMERSİYA KOLLEGİYASININ SƏDRİ TƏYİN OLUNDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir