Daha bir Avropa çempionatı-TƏXİRƏ SALINDI…

2021-ci ildə keçirilməsi nəzərdə tutulan kişi basketbolçular arasında Avropa çempionatı 2022-ci ilədək təxirə salınıb.

Etikxeber.az  Beynəlxalq Basketbol Federasiyasına istinadla xəbər verir ki, bu qərar 2021-ci ildə təşkil olunacaq “Tokio-2020” Yay Olimpiya Oyunlarına görə verilib.

Qitə birinciliyi 2022-ci il sentyabrın 1-dən 18-dək təşkil olunacaq. Həmin vaxtda, həmçinin Amerika kuboku yarışları da baş tutacaq.

Kişi basketbolçular arasında Olimpiya təsnifat yarışları gələn il iyunun 22-dən iyulun 4-dək, dünya çempionatının seçmə mərhələsi isə 2022-ci ilin avqustunda keçiriləcək.

Etikxeber.az

Read Previous

Türkiyədəki ermənilər geri qayıdırlar…-“ATLAS” ARAŞDIRMALAR MƏRKƏZİ

Read Next

Gündəllik neft hasilatı 554 min. barelədək azalıldacaq-AZƏRBAYCANDA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir