Daha bir deputat çağırış etdi: “MƏSULİYYƏTLİ OLAQ, VERİLƏN QƏRARLARA, GİGİYENİK NORMALARA HAMILIQLA ƏMƏL EDƏK”

Xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın atdığı addımlardan, verdiyi qərarlardan sui-istifadə, yayınma halları olmamalıdır. Hər kəs deyilənlərə, qoyulan şərtlərə, tələblərə, qaydalara, gigiyenik normalara bir nəfər kimi və sonunadək əməl, riayət etməlidir. Burada özfəaliyyət, özbaşınalıq, məsulyyətsizlik olmamalıdır. Ancaq təəssüflər olsun ki, bu, belə deyil, son günlərin statistikası, yoluxma hallarında yenidən artımın olması deməyə əsas verir ki, hələ də bəzi insanlarımız koronavirus bəlasının nələr törədə biləcəyinin fərqində deyillər. Saymazyanalıqları və məsuliyyətsizlikləri ilə həm özlərinin, həm də başqalarının həyatını risqə, təhlükə altına atmış olurlar. Bu, qətiyyən qəbuledilən və başadüşülən bir hal deyil.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Millət vəkili qeyd edib ki, heç kimin buna haqqı yoxdur. Qərarlar, qaydalar, normalar hamı üçün eynidir və məcburidir.

“Bilmək və anlamaq lazımdır ki, may ayı allergik xəstəliklərin daha çox rast gəlindiyi və yayıldığı aydır. Bunu bilmək üçün də “Tarixi-Nadir”i axıracan oxumaq lazım deyil. Odur ki, allergik xəstəliklərin daha çox müşahidə olunduğu bu ayda daha məsuliyyətli, daha diqqətli olmaq lazımdır. Çünki allergik xəstəlik daşıyıcılarının koronavirus infeksiyasına yoluxma risqi çox yüksəkdir. İnsanlarımızdan, vətəndaşlarımızdan xahişimiz, ricamız odur ki, xüsusi ehtiyac, zərurət olmadığı hallarda evlərindən bayıra, çölə, küçə və meydanlara çıxmasınlar. Çıxdıqları təqdirdə də, tibbi maskalardan, əlcəklərdən istifadə etsinlər, sosial məsafəni gözləsinlər. Bəli, nə dövlət, nə də hökumət karantin rejiminin uzadılmasında, sətləşdirilməsində maraqlıdır. Hər gün çəkilən xərc büdcəyə böyük yükdür. Ancaq belə davam edərsə, karantin rejimi həm sərtləşdirilə, həm də uzadıla bilər. Bunun olmaması da insanlarımızın, vətəndaşlarımızın özündən asılıdır. Gəlin səbrli, təmkinli, məsuliyyətli olaq, deyilənlərə, verilən qərarlara, tövsiyələrə axıracan əməl edək. Məhz o zaman bu bəladan elliklə və tezliklə birgə xilas ola bilərik. Biz yalnız birlikdə bacara və qalib gələ bilərik. Bu isə bizim məsuliyyətimizdən birbaşa asılıdır”-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

“Hazırkı çətin dövrdə, pandemiya ilə mübarizədə dövlətlərin və xalqların birliyinə, əməkdaşlığına ehtiyac duyulur”-MİLLƏT VƏKİLİ

Read Next

“Vəzifədə olan şəxs ona göstərilən etimaddan sui-istifadə etməməli, pula göz dikməməli…”-VİTSE-SPİKER

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir