Daha bir hərbi qulluqçumuz yaralandı-DSX MƏLUMAT YAYDI – YENİLƏNİB

Bu gün saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb.

Bu barədə Etikxeber.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

“Yaralanmış hərbi qulluqçumuza ilkin tibbi yardım göstərilib, həyatı təhlükəsi yoxdur. Bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – məlumatda deyilir.

10:15

***

Laçında hərbi qulluqçumuzun odlu silahdan açılan atəş nəticəsində yaralanması ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, iyunun 15-i saat 08 radələrində Ermənistan Respublikası hərbi qulluqçularının Ermənistan Respublikası ərazisində yerləşən mövqelərindən Azərbaycan Respublikası Laçın rayonunun ərazisində yerləşən Laçın Sərhəd Nəzarət Məntəqəsində xidmət göstərən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına qarşı müxtəlif çaplı odlu silahlardan açdıqları atəşlər nəticəsində DSX-nin hərbi qulluqçusu, gizir Elşən Rüstəmov güllə yarası xəsarətləri alıb.

Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir və digər zəruri istintaq hərəkətləri aparılır.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.3, 29,120.2.4 və 29,120.2.11, 29,120.2.12-ci (bir qrup şəxs tərəfindən xidməti vəzifəsini yerinə yetirən şəxsi ümumi təhlükəli üsulla, terrorçuluqla əlaqədar və milli düşmənçilik niyyəti ilə öldürməyə cəhd), 214.2.1. 214.2.3 və 214.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə ağır nəticələrə səbəb olan terrorçuluq) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Elşən Rüstəmov hərbi hospitala yerləşdirilib və vəziyyəti hazırda stabildir.

Baş vermiş hadisənin təfərrüatları barədə hadisə yerinin müayinəsi və digər istintaq hərəkətləri keçirildikdən sonra ətraflı məlumat veriləcəkdir.

Etikxeber.az

Read Previous

Füzuli istiqamətində yerləşən mövqelərimiz atıcı silahlardan atəşə tutulub-MN

Read Next

Xüsusi Təyinatlı, Gizir, on medal və bir ordenli, iki övladı Vətənə əmanət qalan-ŞİRVANLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ NAMİQ XƏLİLOVUN BU GÜN 31 YAŞI TAMAM OLUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir