Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün-5 aprel 2024-cü il tarixində, axşam saatlarında daha bir məkanda iftar süfrəsi təşkil edilib.
Jurnalist-yazar Aydın Tağıyev tərəfindən Bakı şəhərində yerləşən “Dark Diamond” restoranında Şəhid ailələri iftar məclisi düzənlənib.
Eyni zamanda, iftar məclisi Aydın Tağıyevin “Vətən” layihəsi çərçivəsində, “Alsu” şirkətinin maliyyə, “ANmedia.az”, “Əsrin aydınları” jurnalı və “Jamal Media Qroup”un media dəstəyi ilə baş tutub.
Məclisdə-iftar süfrəsində Bakıdan və başqa bölgələrdən olan Şəhid ailələri, ziyalılar, gənc sənətçilər və digər şəxslər iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, məclisdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
“Azan” oxunub, məclis iştirakçıları iftarlarını açıblar.
Sonra qısa çıxışlar edilib.
Aydın Tağıyev məclis iştirakçıları-Şəhid ailələri də daxil olmaqla, hər kəsi, bütün Azərbaycan xalqını təbrik edib.
Məclis iştirakçıları-Şəhid ailələri də öz növbəsində iftar məclisinə, onların yanında olduğuna görə Aydın Tağıyevə minnətdarlıqlarını ifadə ediblər.
Eyni zamanda, gənc müğənnilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş mahnılar ifa edilib.
Üç saata yaxın davam edən tədbirdə xatirə fotoları çəkdirilib.
21:30
***
FOTOLAR:
***
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az