Daha bir məktəb koronavirusa görə bağlandı-BAKIDA

Paytaxtdakı 245 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Etikxeber.az-a verilən məlumata görə, 245 nömrəli tam orta məktəbin 12 müəllimi və 5 şagirdinin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub. Həmçinin COVİD-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 245 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Etikxeber.az

Read Previous

Ailənin tək oğlu, iki bacının tək qardaşı…Ali təhsilli…Subay…2 medallı… 21 oktyabrda Anım Günü olacaq-ŞƏHİD ALI NOFƏL OĞLU HƏSƏNLİ – FOTOLAR

Read Next

İRAN SANKİ SSRİ-NİN VARİSİDİR…-Sabiq deputat yazdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir