Daha bir Mingəçevirli Şəhid anasına-XATİRƏ İBRAHİMOVAYA “ŞƏHİD ANASI” MEDALI VƏ VƏSİQƏSİ TƏQDİM OLUNDU – FOTOLAR

İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Alim Səhrab oğlu İbrahimovun anasına “Şəhid anası” medalı və vəsiqəsi təqdim olunub.

Etikxeber.az xəbər verir ki, bu gün-21 noyabr tarixində Mingəçevirli Şəhid Alim İbrahimovun anası Xalidə Fərrux qızı İbrahimovaya “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin (İB) təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsi təqdim edilib.

Şəhid anasına medal və vəsiqəni jurnalist Kamil Həmzəoğlu Mingəçevir şəhər Şəhidlər Xiyabanında, Şəhidin məzarı başında təqdim edib.

Şəhid anası da öz növbəsində “Vətən Naminə” təşkilatına və təşkilatın rəhbəri, Qubalı Şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abuləlimovaya minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Alim İbrahimov 1993-cü 26 dekabrında Ucar rayonunun Qazıqumlaq kəndində sadə bir ailədə anadan olub.

Musiqiçi olan Alim İbrahimov ailənin iki övladından biri və subay oğlu olub.

O, İkinci Vətən Müharibəsi zamanı Suqovuşan istiqamətində Şəhid olub və nəşi noyabr ayının 2-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Prezident İlham Əliyev Özbəkistanın Liberal Demokratik Partiyasının İcra Komitəsinin sədri ilə-GÖRÜŞDÜ – FOTO

Read Next

“Fransa Ermənistana himayədarlıq edir və onlar bir-birinə bacı deyirlər…”-İlham Əliyev YAP-ın tədbirində-ÇIXIŞ ETDİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir