Daha bir neçə Şəhid anası və Şəhid ailəsi ilə bir arada: BİNƏLİ DÖRD ŞƏHİD ANASINA-İRADƏ SADIQOVA, ZÖHRƏ ƏLİYEVA, ELMİRA QULİYEVA VƏ REYHANƏ ƏLİYEVAYA “ŞƏHİD ANASI” MEDALI VƏ VƏSİQƏSİ TƏQDİM OLUNDU… – FOTOLAR – YENİLƏNİB

Bu gün yenə, axşam saatlarına yaxın daha bir neçə Şəhid ailəsi, Şəhid anası ilə bir araya gəldim…

Daha bir neçə İkinci Vətən Müharibəsi Şəhidimizin ailəsi, anası ilə görüşdüm…

Görüş, ziyarət Binəli İkinci Vətən Müharibəsi Şəhidlərimizdən olan evin tək və subay oğlu, “Qarabağ” ordenli, Xüsusi Təyinatlı (XTTQ) Tural Şakir oğlu Abdullayevin evində, ocağında baş tutdu…

Qeyd edim ki, görüş-ziyarətdə Tural Abdullayevin valideynləri ilə yanaşı Binə qəsəbəsinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Aslan Abbasovun anası Zöhrə xanım, Murad Əliyevin anası Reyhanə xanım və Qurbanəli Qurbanzadənin anası Elmira xanım və atası Elşad kişi iştirak edirdi…

****

Yeri gəlmişkən qeyd edim ki, 1990-cı il təvəllüdlü peşəkar hərbçi, Xüsusi Təyinatlı Tural Abdullayev İkinci Vətən Müharibəsinin 4-cü günündə, sentyabrın 30-da Kəlbəcər-Murovdağ istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhid olub.

Əslən Laçınlı və Xocalılı olan Turalın nəşi bir gün sonra, oktyabr ayının 1-də Binə qəsəbə Şəhidlər Xiyabanında dəfn olunub.

30 yaşlı Şəhidimiz ailənin 3 övladından biri, evin tək və subay oğlu olub.

Şəhidliyindən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin adına Binə qəsəbəsində küçə verilib, eyni zamanda, 4 saylı Xocalı məktəbi onun adını daşıyır.

Eyni ildə-2001-ci ildə dünyaya gələn, eyni-136 saylı orta məktəbdə təhsil alan iki dost-Murad ƏliyevQurbanəli Qurbanzadə İkinci Vətən Müharibəsində Azərbaycan Ordusunun əsgərləri kimi döyşüblər.

Müharibə başlayan zaman Qurbanəli 11 ayın Əsgəri olub, Muradın isə Əsgərliyinin başa çatmasına cəmi 3 gün qalıbmış…

Murad noyabrın 5-Şuşa istiqamətində, Qurbanəli isə oktyabrın 22-də Xocavənd istiqamətində döyüşlərdə Şəhidklik məqamına ucalıb.

Murad noyabrın 7-də, Qurbanəli isə oktyabrın 23-də Binə qəsəbə Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanb.

Murad 5 medalla, Qurbanəli isə 4 medalla təltif olunub.

Hər ikisi də subay olub.

Muradgil 5 uşaq-3 qardaş, 2 bacı, Qurbanəligil isə 3 uşaq-2 qardaş, 1 bacı olublar.

Aslan Abbasov isə evin-ailənin iki övladından biri, tək və subay oğlu olub…

1995-ci il təvəllüdlü Aslan oktyanrın 1-də səfərbərliyə cəlb olunub və həmin ayın 10-da Ağdərə istiqamətində Şəhidlik məqamına yüksəlib.

Nəşi oktyabrın 11-də torpağa tapşırılıb.

Şəhidliyindən sonra 3 medalla təltif edilib.

Çox təəssüflər olsun ki, hər 3 Şəhidin adının, xatirəsinin əbədiləşdirilməsi ilə bağlı aidiyyatı qurumlar tərəfindən heç bir addım atılmayıb…

***

Öncə Tural Abdullayevin valideynləri-İradə xanım və Şakir kişi də daxil olmaqla, görüşdə iştirak edən digər Şəhid anaları və Şəhid atalarına, Şəhid ailələrinə Allahdan səbr və dözüm arzuladım, övladlarının məkanlarının cənnətlik olmasını Böyük Yaradan dilədim…

Həm Şəhidlərimizin ruhu önündə, həm də onları dünyaya gətirən, Vətən üçün xeyirli, Mərd, Cəsur övladlar kimi yetişdirən valideynləri qarşısında ehtiramla baş ətdiyimi bildirim…

Onlara olan borcmun, borcumuzun heç zaman ödənmədiyini, ödənməyəcəyini söylədim…

Şəhidlərimizin ailələri, anaları ilə söhbətləşdim, dərdləşdim, hər birini dinlədim…

Və hər bir Şəhidimizin həyatı bir tarix-İgidlik, Qəhrəmanlıq Dastanı…

İndiki və gələcək nəsillərə nümunə, örnək olacaq bir ömür, həyat, döyüş yolu…

Fəxrimiz, Qürurumuz, And yerimizdirlər!

Məqamları Uca, dərgahları mübarək olsun!

Nur içində yatsınlar!

Daha sonra Şəhid analarından İradə Oruc qızı Sadıqova, Zöhrə Səbzəli qızı Əliyeva, Elmira Ağarza qızı Quliyeva və Reyhanə Əliəsgər qızı Əliyevaya Qubalı İkinci Vətən Müharibəsi Şəhidi Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimovanın rəhbəri olduğu “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhd anası” medalı və vəsiqələrini təqdim etdim…

Şəhid anaları da Dərd və Qürur ortaqları olan Tünzalı xanıma və “Vətən Naminə” təşkilatına öz təşəkkürlərini ifadə etdilər.

18:30

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Prezident bir neçə səfirlə bağı-SƏRƏNCAM İMZALADI – YENİLƏNİB – (8)

Read Next

Bazar günü hava-NECƏ OLACAQ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir