Daha bir ölkədə qadın siyasətçi prezident seçildi-MÜXALİFƏTÇİ SABİQ BAŞ NAZİR SANDU MOLDOVAYA 4 İL RƏHBƏRLİK EDƏCƏK – FOTOLAR

Moldovada keçirilən Prezident seçkilərinin ikici turunda protokolların 100%-i işlənilib və nəticələrə görə, keçmiş Baş nazir, “Fəaliyyət və Həmrəylik” Partiyasının lideri Maia Sandu liderliyə yüksəlib.

Etikxeber.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Moldovanın Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Qeyd edək ki, ikinci müddətə prezidentliyə namizəd hazırkı dövlət başçısı İqor Dodon və keçmiş baş nazir, müxalifət partiyasının lideri Maia Sandu ikinci tura yüksəliblər.

“Moldovanın yeni prezidenti məlumdur.Seçkilərin 2-ci turunda qərbyönlü Maya Sandu mövcud prezident, Rusiyanın adamı İqor Dodon üzərində qələbə qazanıb. Sandu 55%, Dodon 45% səs toplayıb. Ölkə xaricindəki moldovalılar seçkidə çox böyük fəallıq göstəriblər. Bir çox Avropa şəhərindəki (Frankfurt, London, Paris) Moldova diplomatik nümayəndəliklərində yaradılmış seçki məntəqələrində böyük izdiham yaşanıb, nəticədə bülleten çatmayıb və məntəqələr vaxtından əvvəl bağlanıb”.

Bunu isə politoloq Şahin Cəfərli öz statusunda qeyd edib.

“Ümumilikdə 260 mindən çox diaspora mənsubu və miqrant səs verib, Sandu 70%-dən artıq səs alıb. Paytaxt Kişinyovda isə Sandu 60% səs qazanıb.Separatçı Dnestr regionu seçicilərinin 85%-i Dodona səs verib. 1972-ci il təvəllüdlü Maya Sandu Harvardda oxuyub, Vaşinqtonda Dünya Bankının icraçı direktorunun müşaviri olub. Vətənində təhsil naziri (3 il) və baş nazir (5 ay) vəzifələrində çalışıb”-deyə, o, əlavə edib.

Qeyd edək ki, M. Sandunun 48 yaşı var.

Subaydır.

4 dildə-ingilis, rus, rumın və ispan dillərində sərbəst danışır.

O, Dodondan fərqli olaraq, daha çox Qərbpərəst siyasətçi və Moldovanın Rumıniyaya birləşdirilməsi tərəfdarı kimi tanınır.

Etikxeber.az

Read Previous

“Ermənistan həqiqəti, törətdiyi terror aktlarını, müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlədə bilməyəcək…”-PƏRVİN KƏRİMZADƏ

Read Next

“Bu gün ilk dəfə “APA xəbər verir ki…” cümləsini yazmışıq…”-VÜSALƏ MAHİRQIZI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir