Daha bir rayonda əməliyyat keçirildi-BİR NEÇƏ VƏZİFƏLİ ŞƏXS SAXLANILDI…

Göyçay rayonunda korrupsiya faktı aşkar edilib, saxlanılanlar var.

Etikxeber.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsi Qurban Kərimov və Qarabaqqal bələdiyyəsinin sədri Ramin Nəbiyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onların Qarabaqqal kəndi ərazisində qanunsuz torpaq alqı-satqısı və külli miqdarda pul vəsaiti müqabilində qanunsuz sənədləşmə işlərinin aparılmasında iştirakda şübhəli bilinərək saxlanıldığı bildirilir.

Kənd icra nümayəndəsi və bələdiyyə sədrinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması xəbərini rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.

Faktla bağlı araşdırma aparılır (APA).

Etikxeber.az

Read Previous

“Heç bir qüvvə dövlətimizə, milli həmrəyliyimizə zərər verə bilməz!”-ELDƏNİZ SƏLİMOV YAZDI

Read Next

“Qarşıda daha böyük hədəflərimiz, işlərimiz var və onları da birlikdə bacaracağıq, onları da birlikdə bir-bir hədəfinə çatdıracağıq!”-ZİYAD SƏMƏDZADƏ – MÜSAHİBƏ – (DÖRDÜNCÜ-SONUNCU HİSSƏ)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir