Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün-9 iyul 2024-cü il tarixində daha bir Şəhid ailəsində gözəl, şad gün yaşanıb.
Daha bir Şəhid bacısı öz Yarı ilə gözəl Azərbaycan ailəsinin təməlini qoyub.
Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan-yeddi bacının tək qardaşı Elşən Rövşən oğlu Kərimovun bacısı Ayşən xanımla həmin qəsəbədən olan Əfsanəvi Xüsusi Təyinatlı-Qazi Zakir Vəliyevin qardaşı və özü də İkinci Vətən Müharibəsi iştirakçısı olan Eltun Sənan oğlu Vəliyevin toy mərasimi (qız toyu) olub.
Qeyd edim ki, bəylə gəlin kollec təhsillidirlər.
Toy mərasimi günorta saatlarında Qızılhacılı qəsəbəsində yerləşən “Osan” şadlıq sarayında baş tutub.
Toy məclisində yeni cütlük-bəylə gəlin alqış sədaları altında zala daxil olublar.
Öncə Şəhidlərin xartirəsi bir dəqiqəlik sükutla yad olunub, sonra əzəmətli Dövlət himnimiz səsləndirilib.
Daha sonra çıxışlar edilib, bəylə gəlinə bir ömür boyu səadət, xoşbəxtlik, bəxtəvərlik arzulanıb.
Şəhid bacısının-gəlinin, eləcə də Qazi qardaşının-bəyin valideynləri qonaqlara, məclis iştirakçılarına, xüsusilə, Şəhid ailələrinə öz minnətdarlıqlarını ifadə ediblər.
Məclisdə həm sevincli, şad, həm də zaman-zaman kövrək, duyğulu anlar yaşanıb.
Bir-birindən gözəl musiqilər oxunub, səsləndirilib, rəqslər ifa edilib.
Və ən çox sevinən isə Şəhidin-Elşənin ruhu olub.
O da bacısına xoşbəxtlik diləyib məclisdə dolaşan, ailəsini tək qoymayan ruhu ilə…
Ruhu ailə həyatı quran bacısına, yeni cütlüyə kömək olsun!
Allah bir daha xoşbəxt və bəxtəvər etsin, yeni cütlüyü!
Amin!
14:55
***
FOTOLAR:
15:30
***
16:00
***
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az