Daha bir Şəhid anası-Goranboylu İkinci Vətən Müharibəsi Şəhidi Kərim Yusifovun anası Əminə Nuriyeva-56 YAŞINDA DÜNYASINI DƏYİŞDİ – FOTOLAR

Daha bir Şəhid anası dünyasını dəyişib, rəhmətə gedib.

Daha bir Şəhid anası balasına, Haqqın dərgahına qovuşub.

Etikxeber.az xəbər verir ki, Goranboy rayonunun Faxralı (Fəxralı) kəndindən olan İkinci Vətən Müharibəsi Şəhidi Kərim Həsrət oğlu Yusifovun anası Əminə Rizvan qızı Nuriyeva bu gün axşam saatlarına yaxın vəfat edib.

Üç övlad, üç oğul (ikisi hərbçi idi) anası olan 1970-cı il təvəllüdlü, 56 yaşlı Əminə xanım uzun müddət idi ki,yüksək qan təzyiqindən, şəkər xəstəliyindən əziyyət çəkirdi.

Əminə xanım sabah-9 fevral 2026-cı il tarixində Faxralı kənd qəbiristanlığında dəfn olunacaq.

Ruhu şad olsun!

Nur içində yatsın!

Allah rəhmət etsin və ailəsinə səbr versin!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Naftalanlı Şəhid anası dövlət başçısına və millət vəkillərinə-MÜRACİƏT ETDİ…

Read Next

Bu gün-9 fevral 2026-cı il tarixində Cənnətdəki altıncı doğum günü olan İkinci Vətən Müharibəsi Şəhidləri-NİYƏT ŞİRƏLİYEV, TACİR CƏFƏROV, ŞİRXAN XAMƏMMƏDOV…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir