Daha bir Şəhid verdik – MN VƏ XİN BƏYANAT YAYDI – YENİLƏNİB

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, iyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.

***

Bu gün Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobudcasına pozaraq törətdiyi növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub. 

Bu fikirlər isə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında əksini tapıb.

Qeyd olunub ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə qarşıdan gələn növbəti görüşü ərəfəsində Ermənistanda müharibə tərəfdarları və onların himayədarlarının məqsədyönlü şəkildə törətdiyi növbəti qanlı əməl münaqişənin həlli üzrə aparılan danışıqları məhv etmək və bölgədə gərginliyi artırmağa xidmət edir.

“Vurğulayırıq ki, bu ssenarinin həyata keçirilməsinin tam məsuliyyəti Ermənistan və bu ölkənin rəhbərliyi üzərindədir”-deyə, sonra qeyd edilib.

Etikxeber.az

Read Previous

“Xalq şəxsiyyətlə bərabər gələcəyinə, taleyinə, ölkəsinə səs verir” – NAZARBAYEV – PREZİDENT SEÇKİLƏRİ BAŞA ÇATDI – YENİLƏNİB – (2)

Read Next

“Qorbaçov Azərbaycana qarşı cinayətlərini təkzib edə bilmir…” – DEPUTAT YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir