Daha bir Şəhidimiz- MAXE ƏKBƏR MƏSİMOVUN NƏŞİ TAPILDI VƏ TORPAĞA TAPŞIRILDI – YENİLƏNİB

Baş Prokurorluğun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyinin nəzarəti ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq, şəxsiyyətinin müəyyən edilməklə, doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

Hərbi Prokurorluqdan Etikxeber.az-a verilən məlumata görə, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilib, həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata kecirilmiş əmaliyyat-istintaq tədbirlərinin nəticəsində, Müdafiə və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması istiqamətində müntəzəm iş aparılıb.

Bundan əvvəl verilmiş məlumatlara əlavə olaraq bildirilir ki, itkin düşmüş daha bir hərbi qulluqçunun – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məsimov Əkbər Yunis oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

09:53

***

Vətən müharibəsində şəhid olan Əkbər Məsimov anadan olduğu Ağdaş rayonunda dəfn olunub.

Şəhid hərbçinin nəşi Ağdaşın Qaradeyin kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində ailə üzvləri, yaxınları, hərbçilər, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin, rayon İcra hakimiyyətinin rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, qazilər, gənclər iştirak edib.

Mərasimdə şəhidin ruhuna dualar oxunub, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Ən böyük əsgər, bizim əsgər!” şüarları səsləndirilib.

Polkovnik Rasim Manafov cənazənin üzərindəki Azərbaycan bayrağını şəhidin qardaşı Elnur Məsimova təqdim edib.

Şəhidin nəşi hərbi orkestrin müşayiəti ilə torpağa tapşırılıb, yaylım atəşi açılıb.

Etikxeber.az

Read Previous

Yoluxmada önəmli azalma-32 NƏFƏR VƏ DAHA 4 ÖLÜM…

Read Next

“İstəyirik ki, şəhərimizin çoxsaylı avtobus dayanacaqlarında, park və meydanlarında Şəhidlərimizin fotoları, plakatları asılsın, yerləşdirilsin”-MİNGƏÇEVİRLİ ŞƏHİD AİLƏLƏRİNDƏN İCRA BAŞÇISINA MÜRACİƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir