Yalçın Rzazadə-DƏFN OLUNDU – YENİLƏNİB

Korifey sənətkar, Azərbaycanın Xalq artisti Yalçın Rzazadə vəfat edib.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə mediaya mərhumun oğlu Orxan Rzazadə bildirib.

O, atasının uzun sürən xəstəlikdən sonra bu gün axşam saatlarında vəfat etdiyini deyib.

Qeyd edək ki, Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunda ziyalı ailəsində doğulub.

1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olub və 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini bitirib.

1968-ci ildə Üzeyir Hacibəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub və 1973-cü ildə həmin təhsil ocağını bitirib.

1979-cu ildə Əməkdar artist, 2000-ci ildə Xalq artisti adına layiq görülüb.

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri olub.

Evli, üç övlad atası idi.

Nur içində yatsın!

21:24, 22 fevral

***

Y. Rzazadə Lənkəranda dəfn edilib.

Xalq artisti Liman şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri və mərhumun yaxınları iştirak edib.  

Qeyd edək ki, Xalq artisti uzun sürən xəstəlikdən sonra ötən gün vəfat edib.

O, bir müddət əvvəl Türkiyədə müalicə olunmuşdu.

Etikxeber.az

Read Previous

“Regionumuzun uzun illər ərzində gözlədiyi sülh bərqərar olub və bu sülh uzunmüddətli olmalıdır”-İLHAM ƏLİYEV – FOTOLAR

Read Next

“Qarşınızda baş əyirik…”-Qənirə Paşayeva Şəhid və Qazi bacısı, Şəhid qardaşlar-Musa və Tural Həsənovların-ANASI İLƏ GÖRÜŞDÜ… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir