Daha bir Şəhid verdik…

Sosial şəbəkələrdə Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri, 2000-ci il təvəllüdlü Babək Vəli oğlu Aslanovun dünən gecə saatlarında cəbhənin Qazax istiqamətində şəhid olduğu barədə xəbərlər yayılıb. 

Etikxeber.az-ın xəbərinə görə, Modern.az-ın əməkdaşı xəbəri dəqiqləşdirmək üçün öncə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzi ilə əlaqə saxlamağa çalışıb.

Ancaq DSX-nın mətbuat xidməti həmişəki kimi telefon zənglərinə cavab verməyib.

Xaçmaz Rayon İcra Hakimiyyətindən İctimaiyyətlə əlaqələr departamentinin aparıcı məsləhətçisi Yaqut Məsimova isə sosial şəbəkələrdə yayılmış məlumatı  təsdiqləyib.

modern.az_74447158_2546209805447073_3709244446722752512_n_294

“Babək Aslanov dünən şəhid olub. Hazırda cənazə dəfn olunmaq üçün Xaçmaz rayonunun Mollabürhan kəndinə gətirilir”.

Allah rəhmət etsin!

Etikxeber.az

Read Previous

Mehriban Əliyevadan neftçilərə – TƏBRİK

Read Next

Komitələrdə büdcə müzakirələri başa çatdı.. – FOTO – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir