Daha bir Şəhidimiz…İtkin düşmüş hərbçinin Şəhid olduğu-MƏLUM OLDU – SABAH HACIQABULDA DƏFN OLUNACAQ

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbçisinin Şəhid olduğu məlum olub.

Etikxeber.az-ın APA-ya istinadən xəbərinə görə, ötən il noyabrın 2-də Şuşa uğrunda gedən döyüşlərdə itkin düşdüyü bildirilən Hacıqabul rayonu Muğan qəsəbəsinin sakini Kərimli Qalası Müslüm oğlunun nəşi tapılıb.

Hacıqabul rayon İcra Hakimiyyətinin Muğan qəsəbəsi üzrə icra nümayəndəsi Faiq Nəzərov mətbuata açıqlamasında məlumatı təsdiq edib.

Bildirib ki, Q. Kərimlinin nəşi sabah gətirilərək dəfn olunacaq. 

Qeyd edək ki, Kərimli Qalası Müslüm oğlu Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə  “Cəsur döyüşçü” medalına layiq görülüb.

Allah rəhmət etsin, nur içində yatsın!

Etikxeber.az

Read Previous

“Həmsədrlər bundan sonra postmünaqişə dövrü üçün hansı addım ata biləcəklərinə dair konkret təkliflərlə çıxış etməlidirlər, ancaq…”-MİLLƏT VƏKİLİ

Read Next

“Türkiyəyə ikili standartlarla yanaşma adəti illərdir davam edir…”-RAFAEL HÜSEYNOVDAN AŞPA-YA İRAD

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir