Daha bir Sənətkar itkisi-BALOĞLAN ƏŞRƏFOV DÜNYASINI DƏYİŞDİ VƏ DƏFN OLUNDU – YENİLƏNİB

Tanınmış sənətkar, Əməkdar artist Baloğlan Əşrəfov 70 yaşında vəfat edib.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə şair Vüqar Əhməd məlumat yayıb.

Qeyd edək ki, B. Əşrəfov bir müddət əvvəl yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmuşdu və öz evində müalicə alırdı.

Tanınmış sənətkar Masallıda dəfn olunacaq.

Allah rəhmət etsin!

06:39

***

B. Əşrəfov dəfn olunub.

B. Əşrəfov bu səhər doğulduğu Bədəlan kəndinin qəbiristanlığında, atasının məzarının yanında torpağa tapşırılıb.

Pandemiya tədbirləri ilə əlaqədar xüsusi vida mərasimi təşkil olunmayıb.

Etikxeber.az

Read Previous

Üç tələbə yoldaşı…Üç can dostu…Üç Şəhid-RAMİL, TƏRLAN VƏ CAVİD… – FOTOLAR

Read Next

“İndiki mürəkkəb geosiyasi vəziyyətdə proseslərin sonrakı məcrasını proqnozlaşdırmaq çətindir, lakin təşəbbüslərin özünün gündəmə gətirilməsi belə artıq Azərbaycana baxışı dəyişməkdədir”-BƏHRUZ MƏHƏRRƏMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir