Daha bir Vətən sevdalısı, daha bir İkinci Vətən Müharibəsi iştirakçısı ailə həyatı qurdu-ŞƏHİD AİLƏLƏRİNİN, QAZİLƏRİN İŞTİRAKI İLƏ “ÇIRAQ PALACE”-DƏ GÖZƏL BİR TOY MƏCLİSİ DÜZƏNLƏNDİ – YENİLƏNİB – (5)

Bu gün daha iki Azərbaycan gənci ailə həyatı qurdu…

Vətən sevdalısı daha iki Azərbaycan gəncinin toyu oldu…

Hər zaman təmənnasız şəkildə Şəhid ailələrinin yanında və əslən Yardımlı rayonundan olan Əsgər atası, həkim Sahib Səhratlının qardaşı, İkinci Vətən Müharibəsi iştirakçısı Sahil bəylə Yarının toy mərasimi düzənləndi…

Tanınmış telejurnalist Səbinə Mehdiyevanın yüksək səviyyədə aparıcılıq etdiyi toy mərasımı Bakının gözəl toy məkanlarından birində-“Çıraq Palace”-də baş tutdu…

Toyda bəylə gəlinin valideynləri, yaxınları, doğmaları, dost-tanışları, o cümlədən, Bakıdan, Neftçaladan, Ağdaşdan olan Şəhid ailələri, Qazilər, hərbçilər, ziyalılar və digər şəxslər iştirak edirdi.

5 saatdan çox davam edən toy mərasimi Şəhidlərin xatirəsinin, ruhunun bir dəqiqəlik sükutla yad olunması və Dövlət himninin səsləndirilməsi ilə başladı.

Sonra bəylə gəlinə xeyir-dua verildi, onlar rəsqə dəvət olundu və həzin musiqi sədaları altına gözəl rəqs etdilər.

Daha sonra təbriklər, çıxışlar oldu.

Şəhid ailələri, Qazilər və digər qonaqlar çıxış edərək, ailə həyatı quran gənc cütlüyə bir ömür boyu xoşbəxtlik, bəxtəvərlik və səadət arzuladı, bəylə gəlinin doğmalarına gözaydınlığı verdilər.

Sonra gözəl musiqilər, mahnılar, rəqslər bir-birini əvəzlədi.

Sevinc-sevincə, şənlik-şənliyə qarışdı.

Allah bir daha ailə həyatı quran cütlüyü, hər iki gənci bəxtəvər və bəxtiyar etsin!

Qoşa qarısınlar, qoşa yarısınlar!

Amin!

***

FOTOLAR:

***

***

***

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyan və Araik Arutyunyan-SAXLANILDI – YENİLƏNİB

Read Next

Əbədiyyətə uğurlanmasından 3 il keçir-BU GÜN SAATLI RAYONUNDAN OLAN İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ SƏXAVƏT TALIBZADƏNİN ANIM GÜNÜDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir