Daha bir Vətən sevdalısı İkinci Qarabağ Müharibəsi iştirakçısı-COCUQ MƏRCANLILI VÜSAL BƏDƏLOV…O, HAQQ ETDİYİ “SUQOVUŞANIN AZAD OLUNMASI GÖRƏ” MEDALINA DA TƏQDİM OLUNACAQMI, BU MEDALLA DA TƏLTİF EDİLƏCƏKMİ? – FOTOLAR

Bu gün, 2 aprel 2023-cü il tarixində daha bir Vətən sevdalısı İkinci Vətən Müharibəsi iştirakçısı ilə tanış oldum…

Cəbrayıllı, Cocuq Mərcanlılı Birinci Qarabağ Savaşı Şəhidi Arif Fərhadovun adını daşıyan “Şəhid bulağı” xatirə kompleksinin açılışı zamanı həmin kədinin Qəhrəman, İgid oğullarından biri, sadə, utancaq, təvazökar bir insan-Vüsal Bədəlovla bir araya gəldim…

Və qeyd edim ki, onunla tanışlığımızdan, bir araya gəlməyimizdən də məmnun qaldım…

Çünki qarşımda Vətənini, doğma Qarabağını ailəsindən, şirin canıdan üstün tutan bir Vətən övladı dayanmışdı…

Və özü də heç bir şəxsi təmənnası, heç bir şəxsi marağı olmayan Azərbaycan övladı, Azərbaycan sevdalısı…

Vüsalla bir xeyli söhbətləşdim, vəziyyəti, durumu, səhhəti ilə maraqlandım, eyni zamanda, onunla birlikdə hərb, döyüş yoluna nəzər saldım…

Vüsal Bəhram oğlu Bədəlov Cəbrayılın Cocuq Mərcanlı kəndindəndir…

Sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib, 25 sentyabr 2000-ci il doğumludur…

Ailənin üç övladından, üç qardaşdan biridir, həm də evin sonbeşiyidir…

Orta məktəbi bitirdikdən bir müddət sonra, 2019-cu ilin aprelində-19 yaşında hərbi xidmətə, Əsgərliyə yollanıb…

Goranboy-Tərtər istiqamətlərində yerləşən hərbi hissələrdə qulluq edib…

Və Əsgərliyinin, Vətənə xidmətinin başa çatmasına çox az qalmış Azərbaycan Ordusunun Əsgəri, bir Vətən sevdalısı kimi İkinci Vətən Müharibəsinə qatılıb…

Müharibənin ilk günündən tarixi Qələbə və Zəfərimizə kimi Tərtər-Ağdərə-Talış-Suqovuşan istiqamətlərində döyüşlərdə iştirak edib…

Müharibənin bir ayının tamamına yaxın, oktyabr ayının 23-də Talış kəndi istiqamətində döyüşlərdən birində sağ böyründən qəlpə yarası alıb…

Bir neçə gün Ağdamda müalicə-müayinə keçib…

Və oktyabrın 27-də özünün israrı və təkidi ilə yenidən Talışa, cəbhə bölgəsinə qayıdıb…

İkinci Vətən Müharibəsindən, Qələbəmizdən sonra isə Laçın istiqamətinə göndərilib, orada hərbi xidmətini davam etdirilib…

Və iki ilinin tamamında, 2021-ci ilin aprelində Ordudan təxris edilib, evinə-ailəsinə dönüb…

Müharibədən sonra “Laçının azad olunmasına görə” “Vətən müharibəsi iştirakçısı” medalları, o cümlədən Fəxri fərman ilə təltif olunub…

Ancaq Vüsal Haqqı olan “Suqovuşanın azad olunmasına görə” medalına da təqdim olunması və bu medalla təltif edilməsini də istəyir…

Bununla bağlı müracilətlərinə isə hələlik hansısa cavab verilməyib…

Odur ki, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunması da Vüsalın Haqqldır…

Və nəhayət, onun bu Haqqı tanınmalı, Vətən sevdalımız sevindirilməlidir…

Vüsal həm də ailəlidir…Yaxın zamanlarda da övladı dünyaya gələcək…

Allah özünü də, dünyaya gələcək övladını da, ailəsini də qorusun!

Amin!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ailənin beş övladından biri, Azərbaycan Ordusunun Əsgəri, Cocuq Mərcanlılı Birinci Qarabağ Savaşı Şəhidi-ARİF FƏRHADOVUN ADINI DAŞIYAN “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU…AÇILIŞA SƏBAİL YAP-ÇILARI VƏ SƏBAİLLİ ŞƏHİD AİLƏLƏRİ DƏ QATILDILAR… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Bu yollarda sıxlıq müşahidə olunur-BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir