Vasim Məmmədəliyev dəfn olundu – YENİLƏNİB – (2)

Bu gün saat 21:55-də qardaşım Akademik Vasim Məmmədəliyev 77 yaşında dünyasını dəyişdi. Allah rəhmət eləsin!

Etikxeber.az xəbər verir ki, bu haqda tanınmış tarzən Vamiq Məmmədəliyev bir az öncə “Facebokk” səhifəsində yazıb.

Qeyd edək ki, şərqşünas-alim, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, BDU-nun ərəb filologiyası kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü. Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri olmuş V. Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhəri Kürdəxanı kəndində anadan olub.

1949-1959 – Bakı şəhər 113 saylı orta məktəbdə, 1959-64-cü illərdə BDU-da təhsil alıb.

O, akademik Ziya Bünyadov ilə sovet rejimi dövründə “Qurani-Kərim”i ilk dəfə Azərbaycan dilinə tərcümə edib. İlk dəfə 1991-ci ildə işıq üzü görmüş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunub. 30-dan artıq dissertasiya işinə elmi rəhbərlik, 40-dan çox dissertasiya işinə rəsmi opponentlik edib. 20 kitabın, 600-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifidir. Əsərləri dünyanın 15-dən artıq ölkəsində nəşr edilib.

V.Məmmədəliyev “Şərəf” və “Şöhrət” ordenləri ilə də təltif edilib.

Onu da qeyd edək ki, eks-prezident, AXCP sədri mərhum Əbülfəz Elçibəy tələbəlik  illərindən dost olduğu V. Məmmədəliyevin onun Dəfn Komissiyasına rəhbərlik etməsini vəsiyyət etmişdi.

***

Akademik V. Məmmədəliyevlə vida mərasimi saat 13:00-dan 15:00-dək Bakı Dövlət Universitetində keçiriləcək.

Bu haqda isə BDU-dan məlumat verilib.

***

V. Məmmədəliyevlə vida mərasimi keçirilib.

Vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərhumun cənazəsi Bakı Dövlət Universitetinin matəmsayağı bəzədilmiş böyük akt zalında postament üzərinə qoyulub.

Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından əklillər qoyulmuşdu. Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından da əklillər düzülüb.

Akademik Vasim Məmmədəliyevin həmkarları, dostları, tanışları, tanınmış elm və mədəniyyət xadimləri BDU-nun binasına gələrək görkəmli alimə və gözəl insana son borclarını veririblər.

Tədbirdə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov, akademiklər Nizami Cəfərov, Teymur Kərimli görkəmli alim Vasim Məmmədəliyevin Azərbaycan elminə xidmətlərindən danışıblar.

***

Vida mərasimindən sonra V. Məmmədəliyev dəfn olunub.

V. Məmmədəliyev II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Allah rəhmət etsin!

Etikxeber.az 

 

Read Previous

“Gövhər ağa”nın Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur” – FƏRİD ŞƏFİYEV

Read Next

Nazarbayev də – BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir