Mərkəzi Bankın proqnozlarına görə, 2023-cü ilin sonuna ÜDM-də artım 1,8%-2% civarında olacaq.
Etikxeber.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı bildirib.
O, qeyri-neft ÜDM-də artımın isə 5,7%-ə çatacağını bildirib:
“Bizim daha çox narahat olduğumuz məsələ inflyasiyadır”.
T. Kazımov eyni zamanda deyib ki, aprel ayının illik inflyasiyası 12,8% təşkil edib.
Onun sözlərinə görə, burada əsas qiymətlərin artımıdır.
“Mərkəzi Bankın aprel ayının proqnozlarına görə, ilin sonunda illik inflyasiya 8,3% olacaq. Bizim yanvar proqnozlarımız 7,9% olmuşdu. Dürüstləşmə rəqəmləri nəzərdən keçirildikdən sonra proqnoz 0,4% artaraq 8,3% olub”-deyə, o, əlavə edib.
Etikxeber.az