Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Hələ də bəzi yas mərasimlərində fərqli yeməklərin verilməsi halları qalıb.
Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, yas mərasimləri elə təşkil edilməlidir ki, bir-birindən fərqlənməsin:“Nümunəvi qəbiristanlıqların yaradılması ilə bağlı layihə hazırlanır. Layihənin qəbul edilməsindən sonra kimliyindən asılı olmayaraq, hər kəsin eyni səviyyədə və formada basdırılması təmin ediləcək. Daha heç kimin qəbrində qeyri-adilik olmayacaq, “çəpərləmələr”, “hasarlamalar” olmayacaq. Bütün bunlar dində buyurulmayıb”.
Komitə sədri qeyd edib ki, hələ də bəzi yas mərasimlərində fərqli yeməklərin verilməsi halları qalıb: “Cəmiyyəti inandırmalıyıq ki, bu kimi hallar İslamda yoxdur. Odur ki, mərasimlərin daha sadə keçirilməsini təmin etməliyik. Müasir dövrdə milli adət-ənənələr qanunlarla tənzimlənməlidir. Hər şey qəbul edilən qaydalar çərçivəsində olmalıdır”.
S.Novruzov həmçinin deyib ki, Azərbaycanda icmalara maşınların verilməsi də nümunəvi haldır. Komitə sədrinin dediyinə görə, Azərbaycanda dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlətin dinə olan qayğısını mütəmadi müşahidə edirik: “Biz bu gün məscidlərin tikilib, yenidən təmir olunması və insanların istifadəsinə verilməsi, o cümlədən dini mərasimlərdə prezident İlham Əliyevin iştirakı və qeydiyyatdan keçmiş dini icmalara nəqliyyat vasitələrinin verilməsinin şahid oluruq. Maşınların verilməsində müəyyən çaşqınlıq yaranır. Söhbət fərdlərdən getmir, icmalardan gedir”.
S.Novruzov qeyd edib ki, icmalar nəqliyyat vasitələri ilə təmin olunurlar və bu proses başlayıb.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az