Türkiyədə terrorla mübarizə çərçivəsində Xalqların Demokratik Partiyasının (HDP) millət vəkillərinə qarşı əməliyyat keçirilib.
Etikxeber.az-ın “Bir Gün” qəzetinə istinadən verdiyi xəbərə görə, bu gün Şırnak Sülh Cəza Məhkəməsinin qərarı ilə HDP-nin Diyarbəkirdən olan daha bir millət vəkili Nursel Aydoğan və HDP-nin Şırnakdan olan millət vəkili Leyla Birlik həbs olunublar.
Qeyd edək ki, HDP-nin Diyarbəkirdən olan millət vəkili Nursəl Aydoğan PKK-nın adından cinayət törətməkdə günahlandırılır.
HDP-nin Şırnakdan olan millət vəkili Leyla Birlik isə terror təşkilatının təbliğatını aparmaq, xalqı kin və düşmənçiliyə təhrik etmək, qadağan olunmuş hərbi bölgələrə girməkdə ittiham olunur.
Etikxeber.az