Daha iki qanunda mühüm dəyişiklik edilir

Sentyabrın 16-da Milli Məclisin (MM) Əmək və sosial siyasət  komitəsinin 2016-cı ilin payız sessiyasında ilk iclası keçirilib.

Etikxeber.az xəbər verir ki, komitə  sədri Hadi  Rəcəbli  deputatları  yeni  sessiyanın  başlanması  münasibəti ilə  təbrik  etdikdən  sonra gündəlikdəki Əmək  Məcəlləsinə dəyişikliklər  edilməsi  barədə  qanun  layihəsinə toxunub. Bildirib ki, Əmək Məcəlləsinin 211-ci maddəsinin 1-ci hissəsində müvafiq ixtisar aparılıb.
Sonra  komitədə “Şəhid adının  əbədiləşdirilməsi və şəhid  ailələrinə  edilən  güzəştlər  haqqında”, eləcə də “Valideynlərini  itirmiş və valideyn  himayəsindən  məhrum olmuş  uşaqların  sosial  müdafiəsi  haqqında”  qanunlarda  dəyişikliklər  edilməsi  barədə  məsələlərə  baxılıb. Komitə  sədri  qeyd  edib ki, hər iki  sənəddə  aparılan  dəyişiklik mahiyyətcə eynidir. Sənədlərin müvafiq bəndlərində “təhsil  müəssisələrində”  sözlərindən  sonra “və müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən etdiyi  elmi  təşkilatın  magistratura  səviyyəsində” sözləri əlavə  edilir.

Sonra hər üç sənəd parlamentin plenar iclasına tövsiyə olunub.

Etikxeber.az

Read Previous

Lisenziya yenidən tələb olunmayacaq – Prezidentdən növbəti təşəbbüs

Read Next

Eldar İbrahimov: “Komitəyə 138 vətəndaşın müraciəti daxil olub ki…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir