Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Sentyabrın 16-da Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin 2016-cı ilin payız sessiyasında ilk iclası keçirilib.
Etikxeber.az xəbər verir ki, komitə sədri Hadi Rəcəbli deputatları yeni sessiyanın başlanması münasibəti ilə təbrik etdikdən sonra gündəlikdəki Əmək Məcəlləsinə dəyişikliklər edilməsi barədə qanun layihəsinə toxunub. Bildirib ki, Əmək Məcəlləsinin 211-ci maddəsinin 1-ci hissəsində müvafiq ixtisar aparılıb.
Sonra komitədə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, eləcə də “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə məsələlərə baxılıb. Komitə sədri qeyd edib ki, hər iki sənəddə aparılan dəyişiklik mahiyyətcə eynidir. Sənədlərin müvafiq bəndlərində “təhsil müəssisələrində” sözlərindən sonra “və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində” sözləri əlavə edilir.
Sonra hər üç sənəd parlamentin plenar iclasına tövsiyə olunub.
Etikxeber.az