Daha iki tanınmışdan, iki Xalq artistindən-ZİYAD SƏMƏDZADƏYƏ DƏSTƏK – FOTOLAR

Millət vəkili, akademik, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən deputatlığa namizəd Ziyad Səmədzadəyə dəstək olan insanların, tanınmışların sayı getdikcə artmaqdadır.

Bu sıraya daha iki tanınmış sənətçi- Xalq artisti İlqar Muradov və deputatlğa namizədin qızı, bəstəkar-Xalq artisti Aygün Səmədzadə də qoşulub.

Etikxeber.az-ın xəbərinə görə, belə ki, hər iki sənətçi deputatlığa namizədin 23 saylı Seçki Dairəsinin sakinləri ilə coşqulu görüşünə qatılıb və Z. Səmədzadəyə dəstəklərini ifadə edib, xeyir-dualarını verib.

İlqar Muradov:

“Mən də bir neçə gündür Ziyad müəllimin təbliğatını aparıram. Əslində Ziyad müəllimin təbliğata ehtiyac yoxdur, amma bununla belə, seçicilərə, Dairənin sakinlərə Ziyad müəllimin kimliyi, gördüyü böyük işlər barədə məlumat verirəm. İnsanlar Ziyad müəllimə böyük ehtiramlarını, dəstəklərini ifadə edirlər. Açığını deyim ki, çox həyəcanlıyam, həm də bir o qədər natiq deyiləm…Ona görə fikirlərimi bəlkə də bir o qədər səlis çatdırmaya bilərəm…Amma onu deyə bilərəm ki, Ziyad müəllim əsl ziyalıdır, əsl alimdir, əsl elm, dövlət xadimidir. Odur ki, hər kəsi ona səs verməyə çağırıram…”.

Aygün Səmədzadə:

“Seçki kampaniyası zamanı ilk dəfədir ki, atamın seçicilərlə görüşünə qatılıram. Odur ki, görüşdə iştirak edən, öz dəstəyini bildirən hər kəsə təşəkkürlərimi bildirirəm. Hər kəsi də Ziyad Səmədzadəyə səs verməyə dəvət edirəm. Ziyad Səmədzadə mənim atam olmasaydı belə, yenə şəxsən ona səs verərdim. Çünki parlamentdə Ziyad müəllim kimi, savadlı, təcrübəli, bilikli insanlar olmalıdır…”.

Etikxeber.az

Read Previous

Gəncəvi seçicilərlə görüşlərini davam etdirir – FOTOLAR

Read Next

Jalə Əliyevanın Lək və Xələc görüşlərində-DUYĞULU ANLAR – FOTO-VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir