Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Bu, nə dəhşətdi İlahi? Bu dəhşətli qətli,vəhşiliyi törədən adamların, bu cür ruh sahiblərinin bizim aramızda rahatca gəzməsini düşünmək belə insanı dəhşətə düşürür. Bunlar harada böyüyürlər, necə tərbiyə alırlar, nə yeyirlər. Nə içirlər ki, belə “vəhşi”yə dönürlər görəsən?..”
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva 16 yaşlı oğlanın anasını yatdığı yerdə gülləməsi və qətlə yetirməsinə münasibətini bildirərkən qeyd edib.
“16 yaşlı uşağın əlinə silah vermək ki anasını öldürsün, bu, dəhşətli bir faciədir və bunu edənin vicdan anlayışı yoxdur demək ki…”-deyən millət vəkilinin sözlərinə görə, belələrinə qarşı qanunlar və məhkəmələr çox sərt olmalıdır.
“Layiq olduğu cəzanı almalıdırlar və başqaları üçün də ciddi dərs olmalıdır. Nə qədər qadın, ana qətli ilə bağlı xəbər olar. Artıq mənəvi olaraq ciddi yorulmuşuq və uca bir səslə “YETƏR!” deyirik. Bu hadisələr bir daha göstərir ki cəmiyyətimizdə ailədaxili münasibətlər, zorakılıqla mübarizəyə qarşı maarifləndirmədən tutmuş lazımi bütün addımlar atılmalıdır.
Televiziyalarımız isə bir az çalıb-oynamaq və kim-kimə nə söz atdı, necə təhqir etdi, niyə boşandı verlişlərindən başlarını qaldırıb cəmiyyət üçün bu istiqamətdə ciddi maarifləndirici verlişlərə başlamalıdırlar. Daha nə qədər qadın, ana qətl edilməlidir ki, bu barədə “SOS” duyulsun?
Çox ağrı çəkdim bu xəbəri oxuyana qədər. 16 yaşlı uşağın əlinə anasını öldürmək üçün silah verənlər, bu işi bilib gizlədənlər- Allah hamınızın cəzasını versin. Sizə insan deməyə belə dilim gəlmir”-deyə, millət vəkili sözlərinə əlavə edib.
Etikxeber.az