“Daha nədən narazısınız?” – MAHİRQIZI İSMAYILOVU VƏ “RADİKALLAR”I “TOPA” TUTDU…

“Deməli, belə. Uzun aylar əvvəl jurnalist Əli Həziquliyev sosial şəbəkədə bir yazı paylaşmışdı. Yazıda hüquqşünas Aslan İsmayılov tənqid olunurdu. Lent.az bu yazını yaymışdı. Aslan İsmayılova da bu yazıya cavab haqqı tanınmağına baxmayaraq, hüquqşünas lent.az ı məhkəməyə verdi”.

Etikxeber.az xəbər verir ki, bunu tanınmış jurnalist, “APA-Holding”in rəhbəri Vüsalə Mahirqızı öz “Facebook” statusunda yazıb.

O, yazıb ki, birinci instansiya və Apellyasiya Məhkəməsi müəllif ola-ola, birinci mənbə lent.az olmadığı halda, lent.az -ı cərimələdi və A. İsmayılovdan üzr istəmək barədə qərar çıxarıb.

vusale_mahirqizi

“Mən sakit və səbrlə prosesin sonunu gözlədim, Ali Məhkəməyə şikayət verdik. Dünən hakim Əhməd Nurməmmədov əvvəlki qərarı qüvvədə saxlayıb. Məsələ bu deyil, biz Aslan İsmayılovdan üzr istəyəsi deyilik, cərimə də cüzi bir şeydi.

Amma mənə bu biabırçılığın bütün məhkəmə instansiyalarında davam etdirilməsi maraqlıdı. İndi bu qədər himayədən sonra Aslan İsmayılov olur “radikal müxalifətçi”, biz oluruq “hakimiyyətyönlü”?

Bu hakimiyyət və onun məhkəmə sistemi bir radikal müxalifətçini böyük bir media quruluşuna qələbə çaldıracaq qədər demokratikdir. Siz daha nədən narazısınız?”-deyə, V. Mahirqızı sonra yazıb.

Etikxeber.az

 

Read Previous

“Bütün millət vəkilləri Ələt iqtisadi zonası barədə mütəxəsissə çevriliblər…” – SPİKER – YENİLƏNİB

Read Next

Valyuta mübadilə məntəqələrinin fəaliyyətinin lisenziyalaşdırılmasına başlanacaq…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir