“Daha önlərdə, ilk sıralarda olacağıq…” – MİLLƏT VƏKİLİ – RƏYLƏR

Sürətli, dinamik iqtisadi inkişaf nəticəsində ölkəmiz dünya ölkələri arasında xüsusi mövqeyə və çəkiyə malikdir. Məhz bu inkişafın nəticəsində ölkəmiz “Doing Business 2019” hesabatında 32 pillə irəliləyərək ən islahatçı ölkələr sırasında 57-ci pillədən 25-ci yerə yüksəldi. Ölkəmizin iqtisadi inkşafının sürətlənməsi nəticəsində şaxələnmiş iqtisadiyyatın inkişafına, islahatlar prosesinin növbəti mərhələsinə, dalğasına şərait yarandı. Bu mərhələ, bu dalğa, islahatlar prosesinin eninə və dərininə işləməsi, gündən-günə geniş vüsət alması ölkə əhalisinin sosial vəziyyətinin daha da yaxşılaşması ilə nəticələndi.

Etikxeber.az xəbər verir ki, bu fikirləri deputat Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki,  ölkə ərazisində infrastruktur layihələri uğurla həyata keçirildi. 2004-cü ildən başlayan regionların iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində ölkəmiz regionun qüdrətli inkişaf etmiş ölkəsinə çevrildi.

Onun sözlərinə görə, ölkəmiz Dünya Bankının nüfuzlu “ Doing Business 2020” təşkilatının müşahidələri və keçirdiyi sorğulara əsaslanaraq hazirladığı hesabatda 190 ölkə arasında ən islahatçı 20 ölkə sırasına daxil edildi.

“2018-ci ilin 11 aprel seçkilərindən sonra yaşanan mərhələ, xüsusilə, yaşadığımız, 9 ayını gerdidə qoyduğumuz 2019-cu il tarixdə islahatlar, xüsusilə, sosial islahatlar ili kimi qalacaq. Bu ildə dəfələrlə əhalinin sosial rifahını yaxşılaşdırmaq üçün Prezidentimiz tərəfindən bir neçə sərəncam imzalandı, minimum əmək haqqı 130 manatdan 180 manata, 180 manatdan 250 manata, minimum pensiya 114 manatdan 160 manata, 160 manatdan 200 manata, büdcədən maliyyələşən təşkilatlarda əmək haqları 50%-ə qədər artırıldı.  Sosial müavinətlər, tələbələrin təqaüdləri yenidən qaldırıldı, 3 ildən artıq davam edən problemli kreditlər məsələsinə son qoyuldu, insanlarımız, bütövlükdə cəmiyyətimiz narahatlıqdan qurtarıldı”– deyən millət vəkili eyni zamanda bildirib ki, son illərdə  ölkəmiz həm də dünyanın bir sıra möhtəbər tədbirlərinə, idman və musiqi yarışlarına, siyasi, iqtisadi, humanitar forumlarına ev sahibliyi edir.

E. Səlimovun dediyinə görə, bununla yanaşı, Azərbaycan beynəlxalq layihələrin həyata keçirilməsinə təşəbbüskar olmaqla, onlara investitsiya yatırır, ölkəmiz artıq investisiya yatırılan ölkədən sərmayə qoyan ölkəyə çevrilib.

“Buradan gələn əlavə vəsait insanların sosial vəziyyətinin daha da yaxşılşadırılmasına yönədilir. Ölkəmizin iqtisadi inkişafının sürət tempi bizə əsas verir ki, islahatlar davamlı olacaq, əmək haqları, pensiyalar, təqaüdlər, müavinətlər növbəti dəfə də artacaq, artırılacaq. Ölkəmiz sosial rifah dövlətinə çevriləcək. Bunun üçün də hər bir potensial, imkan və resurs var.

Eyni zamanda, Azərbaycanın “Asan Xidmət” brendi dünyanı düşündürür, bir sıra ölkələr təcrübə məqsədilə ölkəmizə gələrək bu xidməti öyrənərək ölkələrində tətbiq etməyə çalışırlar. Azərbaycanın sürətli iqtisadi inkişafı bizə deməyə imkan verir ki, Azərbaycan növbəti illərdə “Doing Business” hesabatında birincilər sırasında yer alsın və alacaq. Bu, sadəcə, arzu, xəyal deyil, bu, gələcəyimizə, yüksək inkişafımıza olan əminlikdir.

Dünyada həyata keçirilən ədalətli, beynəlxalq hüquqa əsaslanan bütün hesabatlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirilməsinə imkan yaradacaq. İnanırıq ki, beynəlxalq təşkilatların hazırladıqları hesabatlar beynəlxalq normalara uyğun keçirilərsə,  ölkəmiz inkişaf etmiş ölkələr sırasında yer alacaq, beynəlxalq aləmdə nüfuzu daha da artacaq. Bu, bizim başlıca hədəflərimizdən və prioritetlərimizdəndir. Bu hədəflərə çatılmasında da hər gün növbəti, daha bir yeniliyin şahidi oluruq. Azərbaycan hər gün, hər saat öz hədəflərinə doğru inamla və qətiyyətlə addımlayır.

Bunlar isə ölkə prezidentinin qətiyyəti, iradəsi və həyata keçirdiyi siyasət nəticəsində mümkünləşir. Bu siyasətin növbətə zəfərlərə, qələbələrə çatmasında da heç kim, heç bir güc bizə, müstəqil Azərbaycana mane, əngəl ola bilməyəcək. Biz indiyə kimi olduğu kimi, bundan sonra da bütün maneələri, sədləri, əngəlləri aşa-aşa gedəcəyik. Hər kəs buna əmin olsun, xüsusilə də, müstəqilliyimizi, sabitliyimizi, inkişafımızı həzm və qəbul edə bilməyən güclər, onların itaətində dayananlar. Yaxşı olardı ki, onlar artıq öz kirli, çirkli, məkrli ssenarilərindən əl çəksinlər. İndiyə kimi alınmayıb, bundan sonra heç alınmayacaq…” -deyə, E. Səlimov qeyd edib.

ilyaaaaa

ELDENIZ-1

kamilla-12

Digər millət vəkili, professor, BDU-nun kafedra müdiri Kamilə Əliyeva da hesab edir ki, Azərbaycanın nüfuzlu “Doing Business” hesabatında növbəti dəfə irəliləməsi, “20-liyə” daxil edilməsi ölkəmizin inkişafının və islahatlar prosesinin yeni mərhələinin əyani nəticəsi. göstəricisidir.

Millət vəkili deyib ki, 1993-cü ildən inkişaf və sabitlik yolunda əzmlə, səbrlə, qətiyyətlə addımlayan müstəqil Azərbaycan 2003-cü ilin oktyabrından, o cümlədən, ötən ilin prezident seçkilərindən, 2019-cu ilin ilk günlərindən bu yana özünün əsl inkişaf və islahatlar mərhələsini yaşamaqdadır.

“1993-cü ildən Ulu Öndərin ikinci dəfə hakimiyyəti gəlişi ilə sabitlik, dinclik (Qarabağ problemini və onun yaratdığı fəsadları çıxmaq şərti ilə) və inkişaf mərhələsinə daxil olan ölkəmiz qısa zamanda aparıcı dünya ölkələrinin belə on illərlə keçdiyi bir mərhələni keçməyə müvəffəq oldu. Ölkəmiz qısa zaman kəsiyində dünya dövlətləri arasında öz yerini tutmağa, nüfuz, söz sahibi olmağı gerçəkliyə çevirə bildi.

Ötən əsrin 90-ci illərinin əvvəllərinin zəif, gücsüz Azərbaycanını güclü, qüdrətli, inkişaf yolunda qətiyyətlə irəliləyən Azərbaycan əvəzlədi. Bu gün Azərbaycanın iştirakı, rəyi və razılığı olmadan bu bölgədə, bu coğrafiyada heç bir transmilli, qlobal və regional layihə həyata keçirilmir. 

İşğalçılıq və təcavüzkarlıq siyasətinə görə, məhz Azərbaycanın iradəsi  və rəyi ilə Ermənistan bütün layihələrdən kənarda saxlanılır. Başqa cür də ola bilməz. Bu bölgədə artıq Azərbaycan söz və nüfuz sahibidir. Azərbaycan nə deyirsə, o olur və bundan sonra da məhz belə olacaq. Azərbaycanın adının son hesabatda 20 ən islahatçı ölkə sırasına daxil edilməsi də bunun daha bir təsdiqi və nümunəsidir.

Bu, onu göstərir və deməyə əsas verir ki, Azərbaycan çox qısa zaman ərzində, növbəti illərdə daha ön pillələrdə yer alacaq, bərqərar olacaq. Sürətli inkişaf, islahatlar prosesinin geridönməz xarakter alması Azərbaycanı ilklər cərgəsinə və sırasına çıxaracaq. Bu yolda da ölkəmizə, dövlətimizə uğurlar olsun…”-deyə, K. Əliyeva sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Prezident parlamenti buraxdı…

Read Next

Yeni veb saytın təqdimatı keçirilib – ətraf mühitlə bağlı yeniliklər – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir