“Dahi şairimiz xalqımızın qəlbində əbədi yaşayır və yaşayacaq”-QƏNİRƏ PAŞAYEVA

Aşiqəm insana və təbiətə,

Əlim qələm tutub yazandan bəri…

Bu gün Azərbaycanın ilk Xalq şairi, Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən, yaradıcılarından, xalqına, vətəninə qırılmaz tellərlə bağlı olan dahi şairimiz Səməd Vurğunun anım günüdür.

Azərbaycan ədəbiyyatının inkişafında əvəzsiz xidmətləri olan, xalqını, vətənini, doğma torpağını dərin məhəbbətlə sevən və onun hər bir qarışını əsərlərində sevgi ilə vəsf edən dahi şairin yaradıcılığı ədəbiyyatımızın qiymətli inciləridir.

Şair doğma ana dilində yaratdığı poemaları, şeirləri ilə poeziyamızı zənginləşdirmiş, əsərlərində doğma diyarının əsrarəngiz təbiətini, onun gözəlliklərini, nemətlərini tərənnüm etmiş, sadə xalq dilinin şirinliyini qoruyaraq qüdrətli sənət nümunələri yaratmışdır.

Dahi şairimiz xalqımızın qəlbində əbədi yaşayır və yaşayacaqdır!

Qənirə PAŞAYEVA,

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, professor

Etikxeber.az

Read Previous

“28 may 2020-ci il Azərbaycan Qadınının bulvara ayaq basmasının 101-ci ildönümüdür…”-MEHRİBAN VƏZİR YAZIR

Read Next

Masallıda “Azərişıq” əməkdaşlarının güllələnməsi ilə bağlı-CİNAYƏT İŞİ BAŞLANILDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir