“Dahilər gördüm – heç birinin ulduzluğu tutmadı…” – Əməkdar artist

“Zülfü yarışmanı yanımda seyr edirdi və  kənardan onu diqqətlə izləyirdim…Bir onu anladım ki,  insan INSAN doğulmalıdır, vəssalam. Insan əsl insan kimi doğulursa, onu heç nə dəyişə bilməz”.

Etikxeber.az  xəbər verir ki, bunu tanınmış sənətçi, Əməkdar artist Aybəniz Haşımova öz tələbəsi Zülfü Əsədzadəyə həsr etdiyi “Facebook” statusunda yazıb:

“Yalan sözdür: Ay ulduzluğu tutub və  yaxud da…Mən dahilər gördüm: onların heç birinin ulduzluğu tutmadı – heç zaman. Görməmişlər, bir də nankorlar elə olur…

Sən daha çox yüksələcəksən… Çünki sənin qəlbin təmizdir. Sən heç vaxt qrupda heç kəsə paxıllıq etmədin, kiminsə haqqında zəif düşünmədin,  gözəl səsli Bülbülüm!”

O, yazıb ki, çünki güclülərin fikri də özləri kimi güclü olur, zəif yox.

“Kimsə sənə paxıllıq edərsə, onu Allah heç vaxt ucaltmaz. Çünki Allah hər kəsə qəlbinə görə verir.

Sən özün yer üzünə  Allahın ən böyük mükafatısan, dəyərli oğlum! Allah səni qorusun, bütün arzularına çatasan. Amin!”-deyə, Əməkdar artist daha sonra yazıb.

ayka-zulfu

Etikxeber.az

Read Previous

Düşmən atəşkəs rejimini ümumilikdə 20 dəfə pozub

Read Next

İki kənd “sürüşdü”…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir