“Damad”lara daha bir təpki Külünkdən -AKP-li deputatdan gəldi: “MİLLƏTİN RUHU İNCİDİLDİ”

“Son təxliyyələr millətin ruhunu incitdi”.

Etikxeber.az-ın xəbərinə görə, bunu AKP-dən olan millət vəkili Metin Külünk “FETÖ”-çü kimi həbs olunan və sonradan sərbəst buraxılan “məşhur kürəkənlər” -Ömər Faruk Kavurmaçının və Əkrəm Yetərin təxliyyələrinə münasibətini bildirəkən deyib.

O, deyib ki, görünür hələ də bəzi “kriptoFETÖ”-çülər “iş başında”, dövriyyədədirlər.

Millət vəkili bu səbəbdən “FETÖ” məsələsi ilə bağlı istintaq işini aparan savçılara-müstəntiqlərə səslənib.

“15 iyul hadisəsini unutmayın və unutdurmayın”-deyə, Külünk bildirib.

Qeyd edək ki, bir neçə gün öncə müxaliflərlə yanaşı, digər AKP-li millət vəkili  Şamil Təyyar da son təxliyyələrə kəskin etirazını bildirmiş, “artıq yetər” demişdi.

Onu  da qeyd edək ki, Kavurmaçı İstanbul Böyükşəhərbələdiyyəsinin başqanı Kadir Topbaşın, Yetər isə eks-spiker Bülənt Arınçın damadı-kürəkənidir.

Etikxeber.az

Read Previous

Makron son bir ayda ikinci dəfə qalib oldu – ikinci dəfə seçkini uddu…

Read Next

Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisinə 5,3 milyon manat ayrıldı – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir